İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunan “Mançester Siti” ciddi cəzalardan yayınmaq ümidindədir.
Publika.az xəbər verir ki, bu barədə “Manchester Evening News”un baş müxbiri Saymon Baykovski “Talking City” podkastında klubun mövqeyini izah edib.
O bildirib ki, “Siti”nin bütün iddiaları təkzib etməsinə ehtiyac yoxdur, sadəcə maliyyələşdirmə sxeminin qaydaları pozmadığını sübut etmək kifayətdir.
“FourFourTwo” Baykovskinin sözlərini sitat gətirib: “Siti” təkzibolunmaz dəlillərdən danışanda, pulun klubdan sponsorlara və sonra mühasibat şöbəsinə axmadığını sübut etməkdən danışırlar. Pul Əbu-Dabi hökumətindən sponsorlara axırdı və onlar daha sonra “Mançester Siti”yə ödəyirdilər. Bu, qaydalar çərçivəsindədir”.
Baykovski klubun hökmdən “təəccübləndiyini” qeyd edib və apellyasiyanı dinləyən yeni üç üzvdən ibarət heyətin vəziyyətə fərqli baxacağına ümid edir.
Ötən ay müstəqil komissiya klubu doqquz mövsüm ərzində maliyyə pozuntuları ilə bağlı bütün ittihamlarda günahkar bilib.
Müəllif: Tural





