İdman · İdman.biz

Meksikada rinqdə faciə: Güləşçinin tətbiq etdiyi fənddən sonra hakim öldü - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Meksikada rinqdə faciə: Güləşçinin tətbiq etdiyi fənddən sonra hakim öldü - VİDEO xəbəri üçün şəkil

Meksikada peşəkar güləş şousu zamanı faciə baş verib.

İdman.Biz xəbər verir ki, Hidalqo ştatında keçirilən görüş zamanı 75 yaşlı hakim Gerardo German Pineda, “El Búho” ləqəbli referi, rinqdə aldığı zədədən sonra həyatını itirib.

Hadisənin Meksikanın Mineral de la Reforma şəhərində keçirilən “Deslealtades” şousu zamanı baş verdiyi bildirilir. İlkin məlumata görə, güləşçi El Hixo de Fişman hakimə başıaşağı vəziyyətdə yerə çırpma ilə icra olunan “martinete” fəndini tətbiq edib. Zərbədən sonra 75 yaşlı referi huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə ilə bağlı “El Hijo de Fishman” polis tərəfindən saxlanılıb. Meksika mətbuatının məlumatına görə, iş ehtiyatsızlıqdan adamöldürmə ehtimalı ilə araşdırılır. Güləşçi təqsirli bilinərsə, 5 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilər.

Hazırda hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑