Ölkə.az-ın məlumatına görə, milli üzvü 1/4 finalda Aleksa Mitroviçi məğlub edib.
M.Fətiyev yarımfinalda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
***
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Ölkə.az-ın məlumatına görə, milli üzvü 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.
M.Fətiyev növbəti mərhələdə Aleksa Mitroviçlə (Fransa) qarşılaşacaq.