Canlı xəbər axını

İqtisadiyyat

Prezident: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulub. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib. Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm Şimalda, həm Cənubda, həm də […]

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

“Böyük yeddilik” (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. Bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib. Ehtiyatların dövriyyəyə buraxılmasına dərhal başlanılacaq və Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə əlaqələndiriləcək. Dizel yanacağının əhəmiyyətli hissəsi ilk 20 gün […]

Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək

Argentina ölkə iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmış əcnəbilərə vətəndaşlıq verilməsi proqramına başlayacaq. Bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, proqram çərçivəsində müraciətlərin qəbulu 2026-cı ilin dördüncü rübündə başlayacaq. L.Kaputo qeyd edib ki, proqram Argentinanın daha geniş açıqlıq və beynəlxalq inteqrasiya kursunun, eləcə də investisiyaların cəlb edilməsinə yönəlmiş hökumət islahatlarının […]

Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir

Azərbaycanda aqrar sahədə dövlətin 32 vəzifəsi olacaq. Bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və ictimai müzakirəyə təqdim edilmiş “Aqrar sahə haqqında” yeni qanunun layihəsində öz əksini tapıb. Sənədə əsasən, həmin vəzifələr aşağıdakılardır: – normativ tənzimləmənin həyata keçirilməsi; – aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların […]

Azərbaycanda yeni yağ istehsalı müəssisəsi yaradılacaq – İnvestisiya dəyəri 14 milyon manat

Ağdam Sənaye Parkında yeni yağ istehsalı müəssisəsi yaradılacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilib. Məlumata görə, “Ağdam Agro Yağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Parkın ərazisində investisiya dəyəri 14,2 milyon manat olan yağ istehsalı müəssisəsinin yaradılması planlaşdırılır. Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, […]

İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın

Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib. Dövlət başçısı qeyd edib ki, bu, indiki dünyada böyük sərvət sayıla bilər: “Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim […]

Prezident: Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri var və Aİ-yə üzv 10 ölkə ilə belə formatı var. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib. Dövlət başçısı qeyd edib ki, son müddət ərzində iki tarixi hadisə baş verib: “Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə […]

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi vasitələri müəyyənləşir

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi müxtəlif vasitələrlə həyata keçiriləcək. Bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və ictimai müzakirəyə təqdim edilmiş “Aqrar sahə haqqında” yeni qanunun layihəsində öz əksini tapıb. Sənədə əsasən, həmin vasitələr aşağıdakılardır: – aqrar subsidiyanın verilməsi; – kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin […]

İlham Əliyev: Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti dünyada ən aşağı göstəricilərdən biridir

Prezident İlham Əliyev ölkənin xarici borcunun ümumi daxili məhsula nisbətinə görə Azərbaycanın dünyada ən aşağı göstəricilərdən birinə malik olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən dövlət başçısı uzun illər ölkənin xarici borcunu azalda-azalda getdiyini deyib: “Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili […]

Yuxarı qayıt ↑