İqtisadiyyat · Banker.az

Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək xəbəri üçün şəkil

Argentina ölkə iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmış əcnəbilərə vətəndaşlıq verilməsi proqramına başlayacaq.

Argentina ölkə iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmış əcnəbilərə vətəndaşlıq verilməsi proqramına başlayacaq.

Bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində müraciətlərin qəbulu 2026-cı ilin dördüncü rübündə başlayacaq.

L.Kaputo qeyd edib ki, proqram Argentinanın daha geniş açıqlıq və beynəlxalq inteqrasiya kursunun, eləcə də investisiyaların cəlb edilməsinə yönəlmiş hökumət islahatlarının bir hissəsidir.

Proqram İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun tövsiyələrinə uyğun olaraq maliyyə şəffaflığı və risklərin idarə edilməsi standartlarını nəzərdə tutur.

“Biz Argentinanın əlaqələrinin gücləndirilməsi, vətəndaşlığımızın dəyərinin beynəlxalq səviyyədə təşviqi, ölkənin açıq və etibarlı bir dövlət kimi mövqeyinin möhkəmləndirilməsi üzərində işləməyə davam edirik”, – nazir bildirib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑