İqtisadiyyat · Təzadlar

Mağazalarda toyuq filesi qəhətə çıxıb - qiymət yüksəldildi... (VİDEO) - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mağazalarda toyuq filesi qəhətə çıxıb - qiymət yüksəldildi... (VİDEO) - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. Tezadlar.az xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya…

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.

Tezadlar.az xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır.

Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib.

Alıcılar bildirirlər ki, xüsusilə ailələrin gündəlik alış-verişində geniş istifadə etdiyi məhsulun bahalaşması büdcəyə əlavə yük yaradır.

Satıcıların sözlərinə görə, son günlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur.

Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur. Olanlarda isə qiymət artıb.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də bu məhsula tələbatın artdığını deyib. Onun sözlərinə görə, sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə marağı artırıb.

Qeyd edək ki, file ilə bərabər toyuğun digər hissələrində də qiymət artımı olub. Qiymətlərin yenidən stabilləşəcəyi gözlənilir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑