İqtisadiyyat · Banker.az

İlham Əliyev: Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti dünyada ən aşağı göstəricilərdən biridir

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev: Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti dünyada ən aşağı göstəricilərdən biridir xəbəri üçün şəkil

Prezident İlham Əliyev ölkənin xarici borcunun ümumi daxili məhsula nisbətinə görə Azərbaycanın dünyada ən aşağı göstəricilərdən birinə malik olduğunu bildirib.

Prezident İlham Əliyev ölkənin xarici borcunun ümumi daxili məhsula nisbətinə görə Azərbaycanın dünyada ən aşağı göstəricilərdən birinə malik olduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən dövlət başçısı uzun illər ölkənin xarici borcunu azalda-azalda getdiyini deyib:

“Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir”.

Prezident xatırladıb ki, investisiya forumunda çıxış edərkən bildirib ki, Azərbaycan istəsə 24 saat ərzində borcu sıfırlaya bilər:

“Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik. Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, – hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, – biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim”.

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑