“Böyük yeddilik” (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib.
Bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib.
Ehtiyatların dövriyyəyə buraxılmasına dərhal başlanılacaq və Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə əlaqələndiriləcək. Dizel yanacağının əhəmiyyətli hissəsi ilk 20 gün ərzində G7 ölkələri və onların dövlətlər tərəfindən bazara çıxarılmalıdır.
Liderlər, həmçinin güclərin eyni vaxtda azalmasının qarşısını almaq üçün neft emalı zavodlarının texniki xidmət qrafiklərini əlaqələndirmək və imkan daxilində müəssisələrin yüklənməsini müvəqqəti olaraq artırmaq barədə razılığa gəliblər.
Bundan əlavə, G7 böyük neft emalı güclərinə malik ölkələri neft məhsullarının, ilk növbədə dizel yanacağının istehsalını artırmağa çağırıb.
Qrup ölkələri G7 dövlətləri arasında enerji resursları və enerji məhsullarının ixracına məhdudiyyət qoymamaq öhdəliyini təsdiqləyib və digər istehsalçıları da bu cür qadağalardan çəkinməyə çağırıb.

