İqtisadiyyat · Banker.az

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi vasitələri müəyyənləşir

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi vasitələri müəyyənləşir xəbəri üçün şəkil

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi müxtəlif vasitələrlə həyata keçiriləcək.

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi müxtəlif vasitələrlə həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və ictimai müzakirəyə təqdim edilmiş “Aqrar sahə haqqında” yeni qanunun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin vasitələr aşağıdakılardır:

– aqrar subsidiyanın verilməsi;

– kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;

– qrant verilməsi;

– dövlət investisiya qoyuluşu;

– vergi və gömrük güzəştlərinin tətbiqi;

– aqrar sığorta fəaliyyəti;

– satış yerlərinin təşkili;

– informasiya-məsləhət xidmətlərinin göstərilməsi;

– strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;

– dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;

– elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə, habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.

Qanun layihəsinə əsasən, aqrar sahədə subsidiyalaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Sistemin məlumatları əsas götürüləcək və aqrar məhsul istehsalçılarının reytinq sistemi nəzərə alınacaq.

Aqrar sığorta sahəsində dövlət dəstəyi “Aqrar sığorta haqqında” qanunla tənzimlənəcək.

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑