İdman · İdman.biz

“Mingəçevir”in kapitanı: “Üç xal üçün mübarizə aparacağıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mingəçevir”in kapitanı: “Üç xal üçün mübarizə aparacağıq” xəbəri üçün şəkil

“Ümumi vəziyyət normaldır. Müəyyən çətinliklərimiz olsa da, meydana 3 xal üçün çıxacağıq”.

Bu sözləri Birinci Liqa təmsilçisi “Mingəçevir” futbol komandasının kapitanı Roman Hüseynov dördüncü tur çərçivəsində MOİK-ə karşı keçirəcəkləri matç öncəsi deyib.

Komandanın hədəfindən söz açan təcrübəli futbolçu səfərdən uğurlu nəticə ilə dönmək istədiklərini vurğulayıb.

“Uğur qazanmaq üçün komanda şəklində əlimizdən gələni edəcəyik. Məqsədimiz evə yaxşı nəticə ilə qayıtmaqdır”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Birinci Liqanın dördüncü turu çərçivəsində bu gün Binə qəsəbə stadionunda keçiriləcək MOİK - “Mingəçevir” qarşılaşmasının start fiti saat 15:30-da səsləndiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑