İdman · Futbolpress.az

Azərbaycan taekvondoçusu Parisə yollanacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan taekvondoçusu Parisə yollanacaq xəbəri üçün şəkil

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov (58 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək qran-pri turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında oktyabrın 9-da mübarizəyə qoşulacaq.

Oktyabrın 11-nə qədər davam edəcək Qran-pri Olimpiadaya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.

Yarışda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycanı hakim kimi təmsil edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑