İdman · İdman.biz

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ adlamaq üçün yaxşı şans var”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ adlamaq üçün yaxşı şans var” xəbəri üçün şəkil

“FIBA Avropa Kubokunun H qrupunun birinci turunda Yunanıstanın “Mikonos” kollektivinə 58:78 hesabı ilə uduzan “Neftçi” növbəti mərhələyə yüksəlmək şansını saxlayır”.

Bunu “Neftçi” komandasının üzvü Şakeyl Prays deyib.

O, matçın ilk yarısında yaxşı mübarizə apardıqlarını bildirib.

“Birinci hissədə yaxşı mübarizə apardığımızı, topu yaxşı paylaşdığımızı və müdafiədə inamlı oynadığımızı düşünürəm. İkinci hissədə rəqib daha aqressiv çıxış etdi. Xüsusilə üçüncü periodda cavab verməkdə çətinlik çəkdik. Yekun hesabın matçın tam mənzərəsini əks etdirdiyini düşünmürəm. İlk iki hissədə rəqabətədavamlı idik, lakin uduzduğumuz üçüncü period rəqibə böyük üstünlük qazanmaq imkanı verdi”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Ş.Prays oyunun səfərdə keçirilməsinin və azarkeş təzyiqinin nəticəyə təsir etmədiyini vurğulayıb:

“Səfərdə oynamaq hər zaman çətindir, lakin bu həm də mübarizə aparmaq üçün maraqlı mühit idi. Ab-havanın məğlubiyyətə səbəb olduğunu düşünmürəm. Harada oynamağımızdan asılı olmayaraq, diqqətli olmalı və tapşırıqları yerinə yetirməliyik. Əlbəttə, nəticədən məyusuq, lakin nikbinliyimizi qoruyuruq. Çatmaq istədiyimiz komanda səviyyəsinə doğru irəliləməyə davam edirik. Bu bir prosesdir və biz hər oyundan dərs almağa, inkişaf etməyə və birlikdə irəliyə doğru addımlamağa diqqət yetiririk”.

Kanadalı 25 yaşlı basketbolçu komandanın potensialına inandığını qeyd edib:

“Komandamıza inanıram. Mübarizə aparmaq iqtidarında olduğumuzu göstərdik. Lakin 40 dəqiqənin hamısını eyni səviyyədə keçirməliyik. Birlikdə qalsaq, müdafiəni təkmilləşdirsək və hücumda dəqiq oynasaq, mərhələ adlamaq üçün yaxşı şansımızın olacağına inanıram”.

Qeyd edək ki, H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları da yer alıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑