İdman · Offsideplus.az

ŞOK: Gəncənin 5 oyunçusu liftdə xəsarət aldı, FIBA oyunu təxirə salmaqdan imtina etdi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ŞOK: Gəncənin 5 oyunçusu liftdə xəsarət aldı, FIBA oyunu təxirə salmaqdan imtina etdi xəbəri üçün şəkil
ŞOK: "Gəncə"nin 5 oyunçusu liftdə xəsarət aldı, FIBA oyunu təxirə salmaqdan imtina etdi

FIBA Avropa Kubokunun C qrupunun I turunda Türkiyədə "Esenler Erokspor"a 63:92 hesabı ilə məğlub olan "Gəncə" BK-nın baş məşqçisi Martin Knejeviç matçdan sonra şok açıqlamalar verib.

Offsideplus.az AzB.az saytına istinadən xəbər verir ki, o, komandanın qaldığı oteldə baş verən lift qəzası səbəbindən 5 basketbolçunun xəsarət aldığını bildirib.

M.Knejeviç feysbuk hesabında etdiyi paylaşımda insidentin oyundan bir gün əvvəl yaşandığını və FIBA-nın matçın təxirə salınması ilə bağlı müraciəti rədd etdiyini vurğulayıb:

"Dünən gecə qaldığımız oteldə liftin 3 mərtəbədən aşağı düşməsi nəticəsində 5 oyunçumuz xəsarət aldı. Uşaqların həyatlarını dəyişəcək dərəcədə ağır xəsarət almamaları böyük bəxtdir. Rəqibin bizi yerləşdirdiyi o ucuz oteldə baş verən bu hadisədən sonra nəticə məni təəccübləndirmədi.

Heyətdə bu qədər zədəli olduğu bir vaxtda oyunu təxirə salmaq istəyimizi görməzdən gəldiyi üçün FIBA-ya xüsusi "təşəkkür edirəm". Siz həqiqətən ən yaxşısısınız".

Baş məşqçi həmçinin rəqib komandanın onları ucuz oteldə yerləşdirdiyini də iddia edib.

Qeyd edək ki, "Gəncə"nin protokolda 12 basketbolçusunun adı yer alsa da, onlardan yalnız 10-u meydançaya çıxıb. Heyətdə yer alan Aydın İbrahimov isə zədə səbəbindən cəmi 2 dəqiqə 9 saniyə oynaya bilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑