Oktyabrın 9-dan 10-dək Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Bildirilib ki, forumda Azərbaycanı MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.
Tədbir regional və beynəlxalq idman strukturunun gücləndirilməsi, həmçinin qarşıdan gələn mühüm idman yarışlarına hazırlıq məsələlərinə həsr olunacaq. Seminar və forum çərçivəsində əsas istiqamətlər üzrə plenar iclaslar və işçi sessiyaları keçiriləcək. Forumda 11-ci Qış “Pyotr Nurovski” mükafatı üzrə Avropanın ən yaxşı gənc idmançısının seçilməsi və mükafatlandırılması mərasimi təşkil ediləcək.



