İdman · Milli.az

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı xəbəri üçün şəkil

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın "Borussiya Dortmund" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 15-650 manat arasında dəyişir. Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑