İdman · Sfera.az

Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü xəbəri üçün şəkil

Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.

Sfera.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır.

25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.

İlk “üçlük”də müvafiq olaraq “Bursaspor”un digər oyunçuları Keleçi İhenaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Juergen Elitim (2,2 milyon) qərarlaşıblar. Onlar da Bayramov kimi dəyər itiriblər.

Liqanın ən dəyərli komandası isə elə “Bursaspor”dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑