İdman · Sfera.az

Messi Argentina millisində karyerasını qələbə və qolla başa vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi Argentina millisində karyerasını qələbə və qolla başa vurdu xəbəri üçün şəkil

Lionel Messi Argentina millisinin heyətində son oyununa çıxıb.

Sfera.az xəbər verir ki, 39 yaşlı futbolçu Beninlə vida matçında komandasının 3:0 hesablı qələbəsində bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Messi Nikolas Otamendi və Niko Pazın vurduğu qolların ötürməsini verib, daha sonra penaltini dəqiq yerinə yetirərək görüşün yekun hesabını müəyyənləşdirib.

Beləliklə, Messi Argentina millisində 21 illik karyerasını başa vurub. O, yığmada ümumilikdə 208 oyun keçirib və 126 qol vurub, bununla da Argentina tarixinin həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçusu kimi milli karyerasını tamamlayıb.

Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, yığma ilə dünya çempionu olmaqla yanaşı, iki dəfə Amerika Kubokunu və “Finalissima”nı qazanıb./teleqraf

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑