Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, beşinci gündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulub.
Qadınlarda Südabə Ağayeva 1/32 finalda ispaniyalı Tsunoda Rustantaya uduzub.
Kişilərdə Elcan Hacıyev və Məmmədəli Fətiyev isə 1/8 finala yüksəlib.
Hacıyev 1/4 finala vəsiqə uğrunda fransalı Nqaya Ampu ilə qarşılaşacaq. Fətiyev isə estoniyalı Klen Kristoferlə üz-üzə gələcək.
Kişilərin yarışında digər təmsilçimiz Süleyman Şükürov isə 1/16 finalda yaponiyalı Qoki Tayimaya uduzub.



