İdman · Axar.az

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA xəbəri üçün şəkil

İki ay əvvəl burada vəziyyət tamamilə fərqli idi. Demək olar ki, bura səhra kimi idi. Lakin bu gün artıq FİFA-nın bütün standartlarına cavab verən on meydança inşa edilib. Bu layihəyə böyük əmək sərf olunub.

Axar.az azerisport.com-a istinadla xəbər verir ki, bunu AFFA baş katibinin müşaviri Ramazan Səmədov Hövsandakı yeni futbol kompleksində tikinti işləri barədə danışarkən deyib.

“Bu meydançalar gələcəkdə uşaq-gənclər futbolunun inkişafına töhfə verəcək. Canni İnfantino (FİFA-nın prezidenti – red.) son səfəri zamanı qeyd etdi ki, o, bu qədər qısa müddətdə belə yüksək keyfiyyətə nail olunmasını əvvəllər heç vaxt görməyib. Meydançalardan ikisi 100 tamaşaçı tutumlu tribunalarla təchiz olunacaq, digərləri isə 50-dən bir qədər çox tamaşaçı tutumuna malik olacaq. FİFA bunu tələb etmirdi, lakin biz yenə də belə etməyə qərar verdik", - R.Səmədov bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑