İdman · Yeni Sabah

İspan nəhəngləri 15 yaşlı futbolçu uğrunda mübarizə aparır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspan nəhəngləri 15 yaşlı futbolçu uğrunda mübarizə aparır xəbəri üçün şəkil

"Real Madrid" və "Barselona" transfer bazarında növbəti dəfə qarşı-qarşıya gəliblər.

“Yeni Sabah” xəbər verir ki, hər iki nəhəng "Mançester Yunayted"in 15 yaşlı perspektivli futbolçusu JJ Qabrielin transferi üçün mübarizəni kəskinləşdirib.

Həm "Kral klubu"nun, həm də Kataloniya təmsilçisinin gənc ulduz üçün ciddi maliyyə təklifləri hazırladığı bildirilir. Lakin mübarizə yalnız İspaniya nəhəngləri ilə məhdudlaşmır. Dominos pizza

Almaniyanın "Bayern Münhen" klubu da oyunçunun nümayəndələri ilə yenidən təmasa keçib.

Yaxın günlərdə Kipr pasportu alması gözlənilən 15 yaşlı futbolçu, nəzərdə tutulan planlar reallaşacağı təqdirdə yanvar ayında sərbəst agent statusu ilə istənilən yeni kluba keçmək imkanı əldə edəcək.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑