Çərşənbə günü “Transfermarkt” portalı Premyer Liqanın bir neçə futbolçusunun qiymətlərini yeniləyib.
Publika.az xəbər verir ki, yeniləmədən sonra “Mançester Siti” heyətin dəyərinə görə “Real”a çatıb.
“Siti” və “Real”ın heyətlərinin dəyəri 1,5 milyard avrodur.
Üçüncü yerdə 1,38 milyard avro ilə “Arsenal” qərarlaşıb.
İlk 5-liyə həmçinin PSJ (1,36 milyard avro) və “Barselona” (1,3 milyard avro) daxildir.
İlk 10-luqda “Çelsi” (1,15 milyard avro), “Liverpul” (1,09 milyard avro), “Bayern” (1,04 milyard avro), “Mançester Yunayted” (928,8 milyon avro) və “Tottenhem” (836 milyon avro) də var.



