Dünya · Publika.az

Həyat Yerə haradan gəlib? - Alimlər məşhur mifi dağıtdılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Həyat Yerə haradan gəlib? - Alimlər məşhur mifi dağıtdılar xəbəri üçün şəkil

Kembric Universitetinin alimləri həyatın əsasını təşkil edən üzvi maddələrin Yerə kometlər vasitəsilə daşındığı nəzəriyyəsini şübhə altına alan araşdırma aparıblar. Məlum olub ki, kometlərin planetimizlə toqquşması zamanı yüksək temperatur və sürət səbəbindən həyati əhəmiyyətli molekulların böyük hissəsi məhv olur.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, alimlər hidrogen sianid molekullarının kosmosdan Yerə təhlükəsiz şəkildə çata bilib-bilməyəcəyini müəyyənləşdirmək üçün 100 min kompüter simulyasiyası həyata keçiriblər.

Nəticələrə əsasən, simulyasiyaların 54 faizində kometlərin Yerə kifayət qədər kimyəvi maddə daşıya bilmədiyi müəyyən edilib. Atmosferə daxil olan kometlər ya toqquşma zamanı parçalanaraq kimyəvi tərkibini itirir, ya da okeanlara düşərək üzvi maddələrin durulaşmasına səbəb olur. Qalan 46 faizdə isə üzvi maddələrin Yer səthinə çatması mümkün görünsə də, bu ehtimal olduqca aşağı qiymətləndirilir.

Alimlər həyatın mənşəyinin kosmosdan gələn maddələrlə deyil, asteroid toqquşmaları nəticəsində yaranan kimyəvi reaksiyalar və ya Yerin daxili prosesləri ilə bağlı ola biləcəyini istisna etmirlər.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑