İsveçdə bir neçə supermarket şəbəkəsinin soyuducu sistemlərinə kiberhücum olub.
News24.az xəbər verir ki, İsveç mediasının məlumatına görə, nəticədə soyuducu və dondurucularda temperatur yüksəlib, çoxlu sayda ərzaq məhsulu xarab olub.
Öland adasındakı ICA mağazasının rəsmisi Mats Olsson bildirib ki, soyuducularda temperatur 55 dərəcəyədək yüksəlib. O, səhər mağazaya gələndə hər yerin su ilə dolduğunu görüb.
ICA-nın digər mağazaları da hücum nəticəsində ərzaqların xarab olduğunu və dondurulmuş məhsulların təminatında çətinlik yarandığını bildiriblər.
Coop supermarket şəbəkəsi də kiberhücumdan təsirlənib. Şirkət nümayəndəsi Karlos Kançino ölkə üzrə altı mağazada soyuducu və dondurucuların işində problem yarandığını açıqlayıb.


