Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 41 orta məktəbdə blokada və ya girişlərin bağlanması cəhdləri qeydə alınıb.
Məlumata görə, şagirdlər Paris, Marsel və Renn şəhərlərində yerləşən məktəbləri mühasirəyə almağa çalışıblar.
Həmçinin qeyd olunub ki, tətildən əvvəlki həftələrdə yüzlərlə məktəb mühasirəyə alınıb.
Ölkənin təhsil naziri Eduard Ceffre sözügedən məsələ ilə bağlı “France Inter” radiosuna açıqlamasında bildirib ki, etirazlara icazə verilir, lakin məktəblərə girişin qarşısının alınması qanunsuzdur.
Onun sözlərinə görə, məlum hadisələr səbəbindən bu tədris ili neçə yüz min şagird təhlükə altındadır.
Xatırladaq ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarında təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəni bürüyüb. Daha sonra nümayişçilər yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı çıxış etməyə başlayıblar.


