Dünya · Yeni Çağ

Əraqçi: “ABŞ ilə danışıqlar Vaşinqtonun siyasi iradəsindən asılıdır” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əraqçi: “ABŞ ilə danışıqlar Vaşinqtonun siyasi iradəsindən asılıdır” - Yeni Çağ xəbəri üçün şəkil

İranın ABŞ ilə Qətər və Pakistan vasitəsilə apardığı məsləhətləşmələr intensiv şəkildə davam edir. Danışıqların gələcəyi isə Vaşinqtonun siyasi iradəsindən asılıdır.

Yenicag.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Türkmənistana səfəri zamanı IRNA agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Tehran öz şərtlərini və planını təqdim edib, ABŞ dürüst diplomatiya yolunu seçəcəyi təqdirdə İran danışıqlara hazırdır.

Əraqçi xəbərdarlıq edib ki, Vaşinqtonun məqsədi aldatmaq və hərbi əməliyyatları davam etdirmək olarsa, ABŞ daha sərt cavabla üzləşəcək.

Nazir tammiqyaslı danışıqların bərpası üçün İranın Hörmüz boğazının açılması ilə bağlı şərtlərinin tam qəbul edilməli olduğunu vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑