“Qarabağ”ın gənc futbolçusu Əli İbrahim karyerasını Yunanıstanda davam etdirə bilər.
İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu yaxın vaxtlarda “Olimpiakos”a baxışa yollanacaq. Klublar arasında futbolçunun baxışda iştirakı ilə bağlı artıq razılıq əldə olunub.
Əgər İbrahim özünü doğrulda bilsə, “Olimpiakos” onun tamhüquqlu transferi üçün “Qarabağ”la danışıqlara başlayacaq.
Keçid baş tutacağı təqdirdə, azərbaycanlı forvard əvvəlcə yunan klubunun ikinci komandasında çıxış edəcək. O, “Olimpiakos B”nin heyətində oyun praktikası qazanacaq.
Qeyd edək ki, Əli İbrahim bu yaxınlarda Azərbaycanın U-20 yığmasının təlim-məşq toplanışında iştirak edib.





