İdman · İdman.biz

“Mançester Yunayted” və “Arsenal” “Bayer”in hücumçusu ilə maraqlanır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mançester Yunayted” və “Arsenal” “Bayer”in hücumçusu ilə maraqlanır xəbəri üçün şəkil

“Bayer”in və Kamerun millisinin futbolçusu Kristian Kofane Premyer Liqa klublarının marağı fonunda Almaniya klubu ilə müqaviləsini uzatmaqdan imtina edib.

İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Mançester Yunayted” və “Arsenal”ın diqqətini nəzərə alaraq yeni müqavilə ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib.

Kofanenin “Bayer”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Sentyabrda tərəflər sözləşmənin müddətini 2031-ci ilə qədər uzatmağı planlaşdırırdılar. Bu halda hücumçunun illik məvacibinin bir milyon avrodan dörd milyon avroya yüksəldilməsi nəzərdə tutulurdu.

Lakin danışıqlar dayandırılıb. Qeyd olunur ki, “Arsenal” Kofanenin nümayəndələri ilə hələ yaz aylarından əlaqə saxlayır.

Ötən mövsüm Kofane bütün turnirlərdə 44 oyuna çıxıb, yeddi qol vurub və doqquz məhsuldar ötürmə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑