İdman · Futbolpress.az

Premyer Liqa klublarının “bazar qiymətləri”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa klublarının “bazar qiymətləri” xəbəri üçün şəkil

Azərbaycan Premyer Liqasının ən dəyərli komandası “Qarabağ”dır.

Futbolpress.az-ın məlumatına görə, “atlılar”ın “transfermarkt”da dəyəri 25.08 milyon avrodur. Heyətdə futbolçuların ortalama qiyməti 1 milyon avrodur. “Qarabağ”ın ən dəyərli futbolçuları Kadi Borges, Martin Zlomisliç, Elvin Cəfərquliyev və Pedro Bikalyodur. Onların “bazar qiymətləri” 2 milyon avrodur. Zlomisliç yayda heyətə qoşulub, digərləri isə artıq bir neçə ildir, “Qarabağ”ın formasını geyinir.

Çempionatın ən dəyərli ikinci komandası “Sabah”dır. “Bayquşlar”ın qiyməti 19 milyon avrodur. Yüksək dəyəri olan futbolçu isə Timoetuş Puxaçdır. Polşalı müdafiəçinin qiyməti 2.5 milyon avrodur. Puxaç həm də çempionatın ən bahalı legioneridir.

“Üçlüy”ü “Neftçi” tamamlayır. “Ağ-qaralar”ın “bazar qiyməti” 14.15 milyon avrodur. Bakı klubunun ən dəyərli futbolçusu azərbaycanlı müdafiəçi Rüfət Abbasovdur. Onun qiyməti 1.2 milyon avro göstərilib.

Liqada bu göstəricilərdə ən aşağı rəqəmə malik komanda “Şamaxı”dır. “Şirlər”in dəyəri 3.9 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Rikardo Apolinariodur. Yarımmüdafiəçinin qiyməti 650 min avrodur.

Premyer Liqa klublarının “bazar qiymətləri”

1. Qarabağ – 25.08 milyon avro
2. Sabah – 19 milyon avro
3. Neftçi – 14.15 milyon avro
4. Zirə – 12.58 milyon avro
5. Turan Tovuz – 10.98 milyon avro
6. Sumqayıt – 8.85 milyon avro
7. İmişli – 6.08 milyon avro
8. Araz-Naxçıvan – 5.83 milyon avro
9. Kəpəz – 5.73 milyon avro
10. Qəbələ – 5 milyon avro
11. Şəfa – 4.20 milyon avro
12. Şamaxı – 3.90 milyon avro.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑