Dünya · Yeni Sabah

Britaniyadan Aİ ilə bağlı gözlənilməz addım

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyadan Aİ ilə bağlı gözlənilməz addım xəbəri üçün şəkil

Böyük Britaniya Avropa İttifaqı ilə ticarət əlaqələrini bərpa etmək və yaxınlaşmaq məqsədilə qida və içki sektorundakı keyfiyyət standartlarını Aİ tələblərinə uyğunlaşdırmaq qərarına gəlib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhem “Sky News” kanalına açıqlamasında məlumat verib.

Hökumət rəhbərinin qeyd etdiyinə görə, bu addım ölkə iqtisadiyyatında 0,4 faizlik əlavə artım təmin etməklə yanaşı, Britaniya sahibkarlarının qarşılaşdığı bürokratik əngəlləri də əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Sezar pizza

Tərəflər arasında yekun sənədin noyabrın 20-də Brüsseldə təşkil olunacaq Aİ-Böyük Britaniya sammitində imzalanması planlaşdırılır. Razılaşmaya əsasən, tərəflər arasında qida və içki ticarəti zamanı tətbiq olunan sanitariya və fitosanitar yoxlamaları ləğv ediləcək.

Xatırladaq ki, Böyük Britaniya 1 fevral 2020-ci tarixində Avropa İttifaqından rəsmən ayrılıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑