Dünya · Trend.az

Almaniya Rusiyanın "kölgə donanmasına" qarşı dəniz dronu yaradacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya Rusiyanın "kölgə donanmasına" qarşı dəniz dronu yaradacaq xəbəri üçün şəkil

Bakı.Trend:

Almaniyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən "Stark Defence" startapı 2027-ci ilədək sualtı kabellərin mühafizəsi, eləcə də Aİ ölkələrinin sularında Rusiyanın "kölgə donanmasının" izlənilməsi üçün 24 metrlik pilotsuz gəmi yaratmağı planlaşdırır.

Bu barədə şirkətin direktoru Uve Horstmann "Bloomberg" konfransında bildirib.

"Vanta 24" adlı dəniz dronu raket silahları və artilleriya sistemləri də daxil olmaqla, 50 tonadək yük daşıya biləcək. Ekipajsız fəaliyyət göstərəcək gəminin sürəti saatda 40 mili (təxminən 64 kilometr) ötəcək. Horstmannın sözlərinə görə, bu cür gəmilərin qiyməti ənənəvi freqatın dəyərinin mində birinə bərabərdir və onların inşası cəmi bir neçə ay çəkir.

Gəmi güclü dalğalar və temperatur dəyişiklikləri də daxil olmaqla, Baltik və Şimal dənizlərinin şəraitində fəaliyyət göstərmək üçün uyğunlaşdırılacaq. Onun hərbi gəmiləri müşayiət edəcəyi, sahilboyu ərazilərdə müşahidə aparacağı və sualtı infrastrukturu qoruyacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑