Dünya · Trend.az

Demokratlar Senata 55 mandat qazanacaq - NYT

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Demokratlar Senata 55 mandat qazanacaq - NYT xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin Senatına 55 yer əldə edəcək.

Bu barədə “The New York Times” qəzeti hesablamalarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Respublikaçılar Partiyası Senatda 45 mandat qazanacaq.

Qəzetin hesablamalarına əsasən, Konqresin Nümayəndələr Palatasında isə demokratlar 254 yerlə çoxluğu təmin edəcək, respublikaçılar isə ən azı 172 mandat əldə edəcək.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Senatın və Nümayəndələr Palatasının üzvlərini seçirlər. Paralel olaraq 36 ştatda qubernator seçkiləri keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑