Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı I dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya noyabrın 2-də imzalanmış prezident sərəncamında yer alıb.
Belə ki, Melaniya Tramp bu mükafata “Ukraynaya humanitar dəstək göstərilməsinə, Ukrayna uşaqlarının və Rusiya təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşların xilas edilməsinə yönəlmiş fəal hüquq müdafiə və xeyriyyəçilik fəaliyyətinə verdiyi mühüm şəxsi töhfəyə görə” layiq görülüb.
Qeyd edək ki, Melaniya Tramp Oleşkidə humanitar missiya ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edib.
Bizim.Media




