Dünya · Bakı Xəbər

İrandan ABŞ-dakı seçkilərə reaksiya - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan ABŞ-dakı seçkilərə reaksiya - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər... xəbəri üçün şəkil



İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-da keçirilən ara seçkilərin nəticələrini şərh edərkən bildirib ki, amerikalı seçicilər müharibəyə qarşı çıxıblar və Tehran bu mövqeyi dəstəkləyir.

"Vicdan, yoxsa yaşayış xərcləri - amerikalılar 'MÜHARİBƏYƏ YOX' deyiblər və biz də bu mesajı dəstəkləyirik" – deyə o, sosial mediada yazıb.

Qalibafın sözlərinə görə, ABŞ hökuməti beynəlxalq havadarların və şantajçıların maraqları naminə öz xalqının iradəsini qulaqardına vurarsa, Vaşinqton bunun nəticələri ilə üzləşəcək.

"O, bizim "YOX" sözlərimizin kabusa çevriləcəyini öyrənəcək" - İranlı siyasətçi deyib.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑