Dünya · Modern.az

Şimali Londonda kütləvi etirazlar keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şimali Londonda kütləvi etirazlar keçirilib
Şimali Londonda kütləvi etirazlar keçirilib

Şimali Londonda şagird sayının azalması səbəbilə üç məktəbin bağlanmasını nəzərdə tutan planlar valideynlər, müəllimlər və şagirdlərin kəskin etirazına səbəb olub.

Modern.az xəbər verir ki, kampaniya iştirakçıları icmal və yoxlama komitəsinin iclası ərəfəsində Enfild Vətəndaş Mərkəzinin qarşısına toplaşaraq qərara qarşı etirazlarını bildiriblər.

Belə ki, təklif olunan qərar "Bishop Stopford", "Starks Field" və "Suffolks" ibtidai məktəblərinin fəaliyyətini dayandırmasını nəzərdə tutur.

Qeyd edək ki, məktəblərin bağlanması planı Enfild Şurasının Mühafizəkarlar administrasiyası tərəfindən irəli sürülsə də, Leyborist məclis üzvlərinin müdaxiləsi ilə layihə yenidən baxılması üçün saxlanılıb.

Gülbadam Cümşüdova

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑