Dünya · Yeni Sabah

Ermənistana 25-ci maddə tətbiq oluna bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistana 25-ci maddə tətbiq oluna bilər xəbəri üçün şəkil

KTMT Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyi təsdiqləyərkən təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqini nəzərdən keçirə bilər.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi İrəvanın KTMT-yə qayıtması üçün heç bir səbəb görmədiyini demişdi. Dördpendirli pizza

"Bu məsələ Kollektiv Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Fəaliyyəti dondurma Ermənistanın qərarıdır. Ölkə rəhbərlərindən ibarət Kollektiv Təhlükəsizlik Şurasının qərarı onun iclasından sonra məlum olacaq", - Masadıkov bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı qətnamə layihəsi təqdim edib. "Bu, üzvlük haqları ilə bağlıdır", - deyə o əlavə edib.

Xatırlatma: KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəmədikdə, onun təşkilat orqanlarında səsvermə hüququ dayandırıla və vətəndaşlarının kvota vəzifələrinə namizədliyini irəli sürmək hüququ məhdudlaşdırıla bilər.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑