Dünya · Azxeber.com

ABŞ-də 7 müsəlman Konqresə seçildi – Onlardan biri tarixə düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də 7 müsəlman Konqresə seçildi – Onlardan biri tarixə düşdü xəbəri üçün şəkil
ABŞ-da keçirilən aralıq seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Konqresə namizədliyini irəli sürən 7 müsəlman seçkilərdə qalib gəlib. Nümayəndələr Palatasında daha bir müsəlman namizədin də qələbə qazanacağı gözlənilir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ vətəndaşları Konqresdə yeni tərkibi müəyyənləşdirməklə yanaşı, 36 ştatda qubernatorları və yerli qanunverici orqanların üzvlərini seçmək üçün səsverməyə qatılıblar.
İlkin qeyri-rəsmi nəticələrə əsasən, Respublikaçılar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu itirib.
Bununla yanaşı, ölkənin müxtəlif bölgələrindən Konqresə namizəd olan 6 müsəlman Nümayəndələr Palatasına seçilmək hüququ qazanıb.
ABŞ Konqresinin ilk müsəlman senatoru
Miçiqan ştatından ABŞ Senatına namizəd olan Misir əsilli Abdul El-Sayed respublikaçı rəqibi Mayk Rocersə qalib gəlib.
Beləliklə, El-Sayed ABŞ Konqresinə seçilən ilk müsəlman senator kimi tarixə düşüb.
Nümayəndələr Palatasında 6 müsəlman
ABŞ Nümayəndələr Palatasında hazırda fəaliyyət göstərən müsəlman üzvlər İlhan Omar, Rəşidə Tlaib, Lateefah Simon və Andre Carson keçirilən seçkilərdə yerlərini qoruyaraq daha iki il Konqresdə fəaliyyət göstərmək hüququ qazanıblar.
Digər tərəfdən, Nyu-Cersi ştatından namizəd olan Adam Hamawy də seçkilərdə qalib gəlib. O, 2024-cü ildə Qəzzadakı Avropa Xəstəxanasında könüllü həkim kimi çalışması və atəşkəs çağırışları ilə diqqət çəkib.
Hamawy Nyu-Cersi ştatını Nümayəndələr Palatasında təmsil edən ilk müsəlman olacaq.
Nyu-Yorkdan namizədliyini irəli sürən Darializa Avila Chevalier isə sonradan İslamı qəbul etməsi ilə diqqət çəkir. O da ştatdakı seçkilərdə qələbə qazanıb.
Bundan başqa, Kaliforniyadan namizəd olan Aişə Vahab da yarışı öndə davam etdirir. Lakin onunla bağlı yekun nəticələr hələ açıqlanmayıb.   Gülay
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑