Dünya · Yeni Sabah

Nəqliyyat naziri istefa verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nəqliyyat naziri istefa verdi xəbəri üçün şəkil

İspaniyada 69 nəfərin ölümü ilə nəticələnən ağır dəmir yolu qəzasından sonra ölkənin nəqliyyat naziri Oskar Puente vəzifəsindən istifa edib.

“Yeni Sabah” xəbər verir ki, ölkə tarixinin ən qanlı nəqliyyat faciələrindən biri kimi qiymətləndirilən hadisə siyasi mühitdə kəskin rezonans doğurub.

Qəzanın ardından ictimaiyyət və müxalifət tərəfindən sərt tənqidlərə məruz qalan Puente məsuliyyəti üzərinə götürərək istefa ərizəsini təqdim edib. Nazir bəyanatında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verərək, faciənin araşdırılması üçün aidiyyəti qurumların bütün imkanlarını səfərbər etdiyini vurğulayıb. Dördpendirli pizza

Baş nazir Sançes istefanı qəbul edib və faciənin başvermə səbəblərinin araşdırılması istiqamətində istintaq tədbirlərinin tam şəffaf şəkildə davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑