ABŞ-da keçirilən Senat seçkilərində diqqətçəkən nəticə qeydə alınıb. Ölkənin siyasi baxımdan mühüm ştatlarından sayılan Miçiqanda Demokratlar Partiyasından olan müsəlman namizəd Əbdül Əl-Sayed Respublikaçı rəqibindən öndədir.
Editor.az-ın məlumatına görə, qeyri-rəsmi seçki nəticələrinə əsasən, misir əsilli Əbdül Əl-Sayed rəqibi Mayk Rocerslə mübarizədə üstünlük əldə edib.
Açıqlanan rəqəmlərə görə, Əl-Sayed indiyədək 1 milyon 583 min 684 seçicinin dəstəyini qazanıb. Bu, ümumi səslərin 50,6 faizi deməkdir.
Respublikaçı namizəd Mayk Rocers isə 1 milyon 486 min 235 səslə 47,5 faiz nəticə göstərib.
Beləliklə, iki namizəd arasındakı fərq 97 min səsi ötüb. Bununla belə, səslərin hesablanması prosesi davam etdiyindən qalib hələ rəsmən müəyyənləşməyib.
Seçkinin nəticəsi xüsusilə Əbdül Əl-Sayed üçün tarixi əhəmiyyət daşıya bilər. Belə ki, o, qalib gələrsə, ABŞ tarixində Senata seçilən ilk müsəlman olacaq.
Bu səbəbdən Miçiqandakı səsvermənin yekun nəticələri ölkə daxilində və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir.



