“Anthropic” şirkətinin rəhbəri Dario Amodei süni intellektin yaxın 6-12 ay ərzində dünya iqtisadiyyatına yüz milyardlarla dollar zərər vura biləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.
Amodei əsas təhlükənin müstəqil fəaliyyət göstərən süni intellekt sistemlərinin nəzarətdən çıxması və genişmiqyaslı kiberhücumlar həyata keçirməsi olduğunu bildirib.
Mütəxəssislər süni intellektdən istifadə etməklə şirkət məlumatlarının oğurlanması, maliyyə fırıldaqçılığı və enerji, nəqliyyat kimi kritik infrastrukturlara hücumların arta biləcəyini qeyd edirlər.
Bizim.Media
Xəbərdarlıq: Süni intellekt dünyaya yüz milyardlarla dollar zərər vuracaq

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



