Dünya · Teleqraf

Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzaladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzaladı xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

Rusiya və Qazaxıstanın müdafiə nazirləri Andrey Belousov və Aydos Mırzaxmetov 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planını imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, plan hərbi kadrların hazırlığı, döyüş hazırlığı və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Müdafiə qurumlarının rəhbərləri hərbi təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək, döyüş və peşə hazırlığı üzrə təcrübə mübadiləsi aparmaq niyyətində olduqlarını qeyd ediblər. Eyni zamanda, müəllimlərin qarşılıqlı fəaliyyəti, birgə elmi-praktik konfrans və seminarların keçirilməsi imkanları nəzərdən keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑