Dünya · Publika.az

Tramp seçki uğursuzluğuna görə “Fox News”u günahlandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp seçki uğursuzluğuna görə “Fox News”u günahlandırdı xəbəri üçün şəkil

ABŞ prezidenti Donald Tramp Demokratların Konqresə aralıq seçkilərdə əldə etdiyi uğurlara görə “Fox News” telekanalını günahlandırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, telekanalın Nyu-Yorkun keçmiş meri Bill de Blasionu efirə dəvət etməsini tənqid edib.

Tramp Blasionu şəhər tarixinin ən pis meri adlandırıb. ABŞ lideri “Fox News”-un Demokrat müxalifətinə və digər tənqidçi şəxslərə efirdə davamlı yer verməsinin seçki məğlubiyyətlərinə səbəb olduğunu iddia edib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑