Dünya · Modern.az

Vətəndaşlıq alan Qarabağ ermənilərinin sayı açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vətəndaşlıq alan Qarabağ ermənilərinin sayı açıqlanıb
Vətəndaşlıq alan Qarabağ ermənilərinin sayı açıqlanıb

2026-cı il noyabrın 1-nə olan məlumata görə, 32 690 yetkinlik yaşına çatmış şəxs və valideynlərinin razılığı ilə 14 344 azyaşlı Ermənistan vətəndaşlığı alıb. Söhbət Qarabağdan Ermənistana köçən şəxslərdən gedir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, Qarabağda köçmüş şəxslər tərəfindən Ermənistan vətəndaşlığı almaq üçün ümumilikdə 53 min 39 müraciət daxil olub. Onlardan uşaqlar da daxil olmaqla, 47 min 34-ü müsbət cavablandırılıb.

Qeyd edək ki, Ermənistan tərəfi 2023-cü ildə Qarabağda həyata keçirlimiş antiterror əməliyyatından sonra guya 120 mindən çox erməninin köçdüyünü iddia edirdi.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑