Dünya · Trend.az

Hörmüz yaxınlığında tankerə hücum olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz yaxınlığında tankerə hücum olub xəbəri üçün şəkil

Bakı.Trend:

Hörmüz boğazının cənubunda, Oman sahilləri yaxınlığında neft tankeri hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

“Tankerin təhlükəsizlik xidmətinin nümayəndəsinin bildirdiyinə görə, naməlum iki mərmi gəminin mühərrik bölməsinə düşüb”, – deyə məlumatda bildirilib.

Qurumun məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl İranın Pakistan vasitəsilə ABŞ administrasiyasına Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı təklif göndərdiyi bildirilmişdi. Təklifə əsasən, bunun müqabilində ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalıdır. İran tərəfi iki əsas məsələnin diplomatik yolla həllini təklif edib: Hörmüz boğazında normal gəmiçiliyin bərpası və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑