Dünya · Yeni Çağ

Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə Donald Tramp və Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Politico” məlumat verib.

Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, Uitkoff Rusiyada sülh yolu ilə nizamlanma təkliflərini, o cümlədən üçtərəfli görüş ideyasını müzakirə edəcək. Onun sözlərinə görə, bu təşəbbüs liderlər səviyyəsində görüşə yol aça bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüş ideyasını mühüm addım kimi qiymətləndirib. O qeyd edib ki, müharibənin başa çatdırılması ilə bağlı bəzi məsələləri yalnız dövlət başçıları həll edə bilər.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑