Dünya · Teleqraf

Uitkoff Putinə Trampla Zelenskinin üçtərəfli görüşünü təklif edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uitkoff Putinə Trampla Zelenskinin üçtərəfli görüşünü təklif edəcək xəbəri üçün şəkil

BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna münaqişəsinin nizamlanması üçün üçtərəfli danışıqların keçirilməsini təklif edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Uitkoff Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə birbaşa danışıqların təşkil olunması təşəbbüsünü irəli sürəcək.

“Uitkoff atəşkəsə nail olmaq məqsədilə Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Tramp Putinlə Zelenski arasında ayrıca görüşün keçirilməsinin sülh razılaşması üçün mütləq şərt olmadığını bildirib.

ABŞ lideri həmçinin Ukraynanın münaqişənin sülh yolu ilə nizamlanmasından imtina edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşə biləcəyini bəyan edib.

Üçtərəfli görüşün keçirilməsi ilə bağlı hələlik rəsmi razılıq barədə məlumat yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑