Dünya · Teleqraf

İraq İranla sərhəd-keçid məntəqələrinin əksəriyyətini bağladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İraq İranla sərhəd-keçid məntəqələrinin əksəriyyətini bağladı xəbəri üçün şəkil

BAKI, 21 oktyabr. TELEQRAF

İraq hökuməti İranla sərhəddə yerləşən keçid məntəqələrinin əksəriyyətinin növbəti qəraradək bağlanması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın “Shafaq News” informasiya portalı məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, qərara səbəb sentyabr ayında İraq ərazisindən Səudiyyə Ərəbistanına həyata keçirilən hücumlarda İranın mümkün iştirakına dair Bağdadın əldə etdiyi iddia olunan sübutlardır.

Mənbə sərhəd-keçid məntəqələrinin bağlanması barədə göstərişin şəxsən İraqın Baş naziri Əli əz-Zeydi tərəfindən verildiyini bildirib.

İraq hakimiyyəti İranın Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə endirilən zərbədə iştirakından, həmçinin hücumlarda istifadə olunan pilotsuz uçuş aparatlarının yığılması üçün zəruri hissələrin sərhədyanı ərazilərə göndərilməsindən şübhələnir.

Hələlik nə İraq, nə də İran rəsmiləri yayılan məlumatlara münasibət bildiriblər.

Qeyd edək ki, sentyabrın 11-də Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Ertəsi gün İraqın Baş naziri dronların Meysan vilayətindən buraxıldığına dair məlumatların təsdiqlənməsindən sonra bölgənin əməliyyat komandanını vəzifəsindən uzaqlaşdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑