Dünya · Azxeber.com

Rusiya ona görə ABŞ-yə etiraz etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ona görə ABŞ-yə etiraz etdi xəbəri üçün şəkil
Rusiya ABŞ məhkəməsinin Kubanın keçmiş lideri Raul Kastro barəsində həbs qərarı çıxarmasını pisləyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ-nin Florida ştatının Mayami şəhərində məhkəmənin Kubanın tarixi lideri, ordu generalı Raul Kastro barəsində həbs qərarı çıxarması qəbuledilməzdir və qətiyyətlə pislənir.
Rusiya XİN hesab edir ki, 30 ildən çox əvvəl baş vermiş hadisəyə görə irəli sürülən əsassız ittihamlar Mayamidəki anti-Kuba lobbisinin qisas almaq cəhdidir. Nazirlik bunu iyun ayında 95 yaşını qeyd edən Raul Kastro ilə haqq-hesab çəkmək istəyi kimi qiymətləndirib.
Bəyanatda vurğulanıb ki, ABŞ-nin Kastroya qarşı irəli sürdüyü ittihamlarla bağlı hadisələrə siyasi və hüquqi qiymət BMT Təhlükəsizlik Şurası tərəfindən verilib. Rusiya XİN-in fikrincə, müvafiq qətnamədə hər hansı şəxsin fərdi məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülməsinə çağırış yoxdur. Nazirlik bunu ABŞ-nin də Təhlükəsizlik Şurasının üzvü kimi hadisənin artıq başa çatdığını faktiki olaraq qəbul etməsi kimi şərh edib.
Xatırladaq ki, bundan əvvəl Florida ştatının 11-ci dairə məhkəməsinin hakimi Ariana Faxardo Orşan 1996-cı ildə iki humanitar təyyarənin vurulmasında iştirakı ilə əlaqədar Raul Kastro barəsində həbs qərarı imzalayıb.
Həmin vaxt Kuba hərbi qüvvələrinə məxsus MiQ-29 qırıcıları Florida boğazının beynəlxalq suları üzərində Kubadan olan mühacirlərin humanitar təşkilatına məxsus iki silahsız, yüngül mühərrikli "Cessna” təyyarəsini vurub.   ///sfera.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑