Oktyabrın 20-də Osloda Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa nümayəndə heyətləri müharibəyə son qoyulması yollarını müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi də gündəmə gətirilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.
“Amerikalılara güclü zəmanətlər verəcəklərini bildirdikləri üçün minnətdaram. Biz müxtəlif təklifləri, o cümlədən NATO-nun 5-ci maddəsinə bənzər zəmanətləri müzakirə etdik”, – deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, müxtəlif təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir. Bunlara sənədlərdə əksini tapan zəmanətlər, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya tərəfinə çatdıracağı təkliflər daxildir:
“Onların cavabını bir gün sonra eşidəcəyik”.





