Dünya · Yeni Sabah

SON DƏQİQƏ! İsrail qırıcıları İrana doğru havalandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SON DƏQİQƏ!  İsrail qırıcıları İrana doğru havalandı xəbəri üçün şəkil

Çərşənbə axşamı gecə İsrail qırıcıları hərbi təlimlər çərçivəsində İran istiqamətində hərəkət ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın beynəlxalq müxbiri Trey Yinqstinin sözlərinə görə, İsrail hərbçiləri qırıcıları Suriya və İraqın hava məkanından keçirərək İran istiqamətinə yönləndirərək təlimlər keçiriblər. pizza mizza

"Fox News" təlimlərin digər təfərrüatlarını açıqlamır və məlumatın mənbələrini göstərmir.

Bundan əvvəl "Axios" məlumatlı mənbələrə istinadla Pentaqonun rəhbəri Pit Heqsetin İsrailə gizli səfər etdiyini və bazar ertəsi Baş nazir Benyamin Netanyahu ilə görüşdüyünü bildirmişdi. Görüşün təfərrüatları açıqlanmır.

Səfər barədə məlumat ABŞ Prezidenti Donald Trampın 2026-cı il oktyabrın 27-nə təyin edilmiş İsraildə parlament seçkilərində Netanyahunun namizədliyini dəstəklədiyini bəyan etməsindən bir gün sonra yayılıb.

Görüş, həmçinin İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına dair ABŞ-İsrail danışıqları fonunda baş tutub./Publika


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑