Dünya · Yeni Çağ

Türkiyə Rusiya və Ukraynaya Qara dənizdəki hücumlarla bağlı xəbərdarlıq etdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdəki hücumlarla bağlı xəbərdarlıq etdi - Yeni Çağ xəbəri üçün şəkil

Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa çağırıb. Türkiyə bayrağı altında üzən, Türkiyə şirkətlərinə məxsus gəmilərə zərbə endiriləcəyi təqdirdə qanuni tədbirlər görmək hüququnu özündə saxladığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər oktyabrın 28-də Sofiyada Qara dəniz regionu ölkələrinin müdafiə nazirləri və hərbi rəhbərlərinin görüşündən sonra açıqlama verib.

“Qara dənizdə ticarət gəmilərinə qarşı intensiv hücumları narahatlıqla izləyirik və tərəfləri ağıllı davranmağa, açıq dənizdə gəmiçiliyin təhlükəsizliyi prinsipinə riayət etməyə çağırırıq”, – Yaşar Gülər vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə gəmiçiliyin təhlükəsizliyinin qorunmasını vacib hesab edir və bu istiqamətdə tərəflərdən məsuliyyətli davranış gözləyir.

Gülər, həmçinin Ankaranın hücumların dayandırılması ilə bağlı irəli sürdüyü təklifə Rusiya və Ukraynadan cavab gözlədiyini bildirib./Apa/

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑